Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:58

Prezidentliyə keçmiş namizəd Belorusdan qaçıb


Belorusda prezidentliyə keçmiş namizəd Ales Mikhalevich gizli polisin təqiblərindən qaçaraq ölkəni tərk edib. Martın 14-də o, öz bloqunda yazır ki, artıq təhlükəsiz yerdədir, amma harda olduğunu yazmır. Onun xanımı da AzadliqRadiosuna bildirib ki, əri artıq xarici ölkələrdən birindədir.

Mikhalevich keçən ilin dekabrında keçirilmiş prezident seçkisindən sonra iki ay saxlanıb. O, azadlığa çıxandan sonra həbsdə işgəncələrlə üzləşdiyini bildirib.

Human Rights Watch insan haqlarını müdafiə təşkilatı da yeni hesabatında yazır ki, Belorus hakimiyyəti planlı şəkildə yüzlərlə adamı həbs edib və işgəncələrə məruz qoyub. Hesabata görə ötən ilin dekabrında keçirilən prezident seçkisindən sonra ölkədə azad mətbuat vasitələri və vətəndaş cəmiyyəti institutuları boğulub.

Martın 14-də yayılan hesabatda qeyd edilir ki, Aleksandr Lukaşenkonun qalib elan edildiyi bu seçkidən dərhal sonra seçkidə ona rəqib olmuş namizədlər də daxil olmaqla çox sayda müxalifət fəalı həbsxanalara atılıb, orada işgəncələrə məruz qalıb, onların işləri ilə bağlı qapalı məhkəmələr keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG