Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:31

Adil Şirin. Ana yurdda qərib olduq, Fələk yağışlara dönür


Ana yurdda qərib olduq

Mən qədərdən qaçammadım
Sən də qaçma qədərdən.
Pəncərəmi yağış döyür,
Yağış döyür səhərdən.
Ana yurdda qərib olduq
Burdan dağlar görünmür,
Dağların ətəyində
Sübh dumanı sürünmür.
Yuvası dağılan quşun
Röyası gerçək olur,
Şerimin misraları
Çiçək açmadan solur.

Fələk yağışlara dönür

Kəsdi yolları vaxtsız yağan qar,
Könül budağında çat-çat oldu nar.
Üzündə, gözündə ay işığı var,
Titrəyir və sönür o nur üzündə.

Titrəyir və sönür o nur üzündə,
Mələk naxışlara dönür üzündə.
Fələk yağışlara dönür üzündə,
Solur gözlərinin çiçəyi solur.

Solur gözləinin çiçəyi solur,
Anacan, səsinin ipəyi solur.
Gerçək sandıqlarım bir röya olur,
Yenə də üzündə ay işığı var.


Hər sevda umudla gəlir

Gəncliyim
cavanlığım
keçdi kirayələrdə
mənim taleyim yazılmayıb
sevdiyim ayələrdə.
Hər yer məhbəs kimi soyuq
divarlar çat-çat
ürəklər oyuq.
Amma xoşbəxtlikdən
hər səhər
bəyaz buludlarla gəlir
hər dəli Sevda
Şirin umudlarla gəlir…

Alatoran, 2004

Günün bütün mövzuları

XS
SM
MD
LG