Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:52

FORUM: Müsəlmanlar Novruzu qeyd eləməlidirmi?


Azərbaycanlıların milli bayramı olan Novruzu qeyd eləməsi dindarlara görə İslama uyğun deyil.

Məsələn, İllahiyyatçı R.Vəkilov AzadlıqRadiosunun “İslam və Demokratiya” verilişinə deyib ki, Novruzda da Tövhidin əksinə olan ünsürlər var. Onun sözlərinə görə, Novruzun mahiyyətindəki metafizik məsələlərə inanmaq (odun üstündən tullanmaq günahları təmizləyir) İslamın razılaşmadığı şeylərdir.

Vəkilovun fikrincə, “Amma bu bayramı baharın gəlişi kimi qeyd edilirsə, başqa məsələ. Amma bayramın mahiyyətinə ibadət keyfiyyətlində olan bəzi elementlər, tövhidi prinsipləri pozan şərtlər girdisə, artıq bitdi, orda İslam öz sözünü deyib – bu şeylər müsəlmanlar tərəfindən qəbul olunmaz”.

Siz necə fikirləşirsiniz, özünü həm müsəlman, həm də azərbaycanlı sayan kəslər min illərdir formalaşan bu adət-ənənəyə necə yanaşmalıdırlar? Məsələn, Tonqal üstündən atlamağa, çərşənbələri qeyd eləməyə, Novruz adətlərinə əməl etməyə?

Sizcə İslam ümumi, milli adətlərdən çəkinməyə çağırır, yoxsa onlara qaynayıb-qarışmağa?

Mövzunu burada müzakirə edirik.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG