Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:44

XANƏMİR. Qoşmalar


1. SAQİ

İndi saqi ol ya dərviş
əllər piyaləyə gəlir
zarıyır göyün əndamı
son ay da haləyə gəlir
quşlar gizləyir səsini
ağlar ruhlar aya gəlir
indi saqi ol ya dərviş
axan mey piyaləyə gəlir

nur qaraldı can içində
oy kürəyim qqan içində
o sarayın xan içində
naləsi fələyə gəlir

ulduz-ulduz düşür gecə
güşür gecə düşür necə
qaranlıq da verib beçə
güllər qoxu saça-saça
ruhuma diləyə gəlir
indi saqi ol ya dərviş
axan mey piyaləyə gəlir

gecə nar sözün çatlayır
baxma göz yaşım çıtlayır
səhradan izim adlayır
Tanrım bir qalaya gəlir
indi saqi ol ya dərviş
axan mey piyaləyə gəlir

sevər Xuda gizli dərdi
su axar güllər bitərdi
məni dərən elə dərdi
bağban gec haraya gəlir
indi saqi ol ya dərviş
axan mey piyaləyə gəlir

BİRİNCİ QOŞMA

Bulud huşlum, divənəsən bilirəm,
Hərami yollara ayaq basma, gəl.
Başında çiçəyin, güllərin oynar
Yol sonunda, dur, özünü asnıa, gəl.

Gül-çiçəyə nəfəs keçir, itinrməz,
Qara tikan göz yaşımı götürməz,
Qanlı bulud yaşıl otlar bitməz.
Qələmini qaranlığa basma, gəl.

Mən Faniyəm uca dağlar qarşıda,
Gələn səhralarda, gedən Arşımda,
Qılınclar öpüşər qara başımda.
Savaş görub boy-buxunu qısma, gəl.


İkinci qoşma


Qan ağla kipriyim, ahu-zar eylə,
Canımda kədəri çılpaq görəndə,
Dönüb gəşt eylərəm o xan yurdumu
Qədəmındə qara torpaq görəndə.

Nədən səmalarda gözlərim yaşdı,
Kədər şaha qalxıb kipriyim aşdı
Huşum ruha döndü, xayalım çaşdı,
Könlü yatağından qopmuş görəndə.

Faniyəm, ocaqdan od bas yarama,
Mənim ahım Arşı verib Qurana,
Canım yanır bu yollardan ötənə,
Haqq qatından qələm sapmış görəndə.


Üçüncü qoşma

Kipriyindən keçim, Mürşüdü Kamil
Adəm nəfəslisən dada gəlmişəm.
Yoxdıır ürəyimdə atəşdən əsər
Qələm ucu səndən qora gəlmişəm.

İllərdir qarğıyır başı bəlalım
Dağılıb viranəm, sovrulub malım
Necə dumanlısa Tanrıdan yolum
Könlümə ah salıb, qara gəlmişəm.

Mən Faniyəm göy dəryalar çəkildi
Balıq ötən yerdə yovşan əkildi
Damar dondu dağlar geri çəkildi
Yollar keçib təzə gora gəlmişəm.


Dördüncü qoşma

Caıtm ki, torpağa səfər eləyə
Səmalarda yeri, yurdu gizlənər
Namərd sənə ay, ulduzu göstərsə
Mərdin kor gözündə işıq gizlənər.

Kif basmış ruhlarda, don vurmuş başda
Namərd kölgəsində əriyən daşda
Gözə kül üfürən dost damarında
Laxtalanan qara qanlar gizlənər.

Faninin sükutun böyüdər sağ da.
Onu zikr eyləyər qara da, ağ da,
Allahlı, kitablı qoca dağın da
Bir ahında neçə canlar gizlənər.


Beşinci qoşma


Səs atdım kağıza zalım sozləri
Dəbərdi küləklər göydə oynadı.
Qələm kölgəsində itdi oylaqlar
Sevdalı canlarda meydan oynadı.

Tanrım dağlar qoydu ahdan-amandan
Kipriyim səsləndı vaylar damandan
Qələm gözlərimi erkən oymadan
Sayrışdı ulduzlar, ay da oynadı.

Hər yandə adamlar dərdli, sərxoşdur
Gördüyüm əhvallar gecikmiş düşdü
Tanrı rəva bildi Fani də uşdu...
Qızaran almalar çayda oynadı


Alttncı qoşma

Doğan utduzları seyr eylədim.
Hər gecə bir güldə dara düşübdür.
Çovğunlu səhralar çıxdı qarşıma
Mənim surətim də qara düşübdü.

Sığındı qələmə atəşlər, odlar.
Qızıl almalarda gizləndi qurdlar
Saplara düzülmüş ürəklər partlar
Yenə nazlı səslər sura düşübdü.

Dərvişlər sükutun göylərə yayar
Xırqası dar gələn suçunu duyar
Dərsini alanı dəryalar yuyar
Bu bəyaz kəfənə qara düşübdü.

Uyumaz bu Fani, söz bada verməz
Bədən torpaq olar, göz yada verməz
Don vurar damarı, qanı oda verməz
Kıtablar işıqdan, nura düşübdü.


Yeddinci qoşma

Ruhu verilməmiş dünyadan gedən
O tanrı haqqından sovuşan gəlsin.
Ürəyi sözlərə tərk edib gedən
Güldən ölümünə qovuşan gəlsin.

Nədir bəhanəsi uçan canların
Bir qurulu damda axar qanları
Kipriklə yamağı vurulan donların
İçındən sivişib, sovuşan gəlsin.

Taxt qurar nəfəsimdə sözün taqəti
Çovğundur, sazaqdır könül qarəti
Ölüm ayağında sözlərin qəti
Söyləyib Tanrıdan sayrışan gəlsin.


Səkkizinci qoşma


Tükənir zillətim çoxalmır mehrim
Nə kiprik saldım ki, divana gəldim
Bir səs endirmisən, sur-sur könlümə
Uzaqdan can görüb, havana gətdim.

Qaytaran olmadı ahu-zarınmı,
Çöyrüldü surətim də... dərgahına
Qanıma dar gələn damarlarımı
Keçirib torpaqdan obana gəldim.

Gizli söz dodaqda oldu qaçaraq
Dağ aha yeridi gullər açaraq
Bu dolan badənin başın aşaraq
Axıb gözlərini yumağa gəldim.

Fani lələyinin illər xəstəsi
Uçdu bulud-bulud Adəm dəstəsi
Eşqə cəkib salan o müqəddəsin
Surətindən haqqı ummağa gəldim.


Doqquzuncu qoşma

Əsim-əsim əsdi bu dan yelləri
Könlümün başında simlər oynadı.
Çəkdim təsbehimi Şeyxin önündə.
Ruhumda zil qalxdı, bəmlər oynadı.

Söz-söz ötən dilim qarşında laldır
Zikrim sükutumda bəyaz xırqamdır
Dəryalar qoynunda elə çalxandım.
Kipriyim altlında nəmlər oynadı.

Gəldi bu Faninin canından barat
Tərpəndi Bərzahdan pərdələr qat-qat
Kəlmələr içindən çəkildi Sirat.
Şərab çalxalandı camlar oyandı

İstanbul 1996

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG