Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:44
Qalmaqallı Britaniya yazıçısı, "Şeytan ayələri" romanının müəllifi Salman Rüşdi Amerikanın Showtime TV şəbəkəsi üçün teleserial ssenarisi yazacaq.

Son illərdə Nyu-York-da yaşayan yazıçıya müasir Amerika cəmiyyəti haqqında ssenari yazmaq təklif edilib.

"Next people" (Sonrakı nəsil) adlanacaq serial "Siyasət, seks, din, elm, texnologiya sahəsində sürətli dəyişikliklərin amerikalıların həyatına təsirindən danışacaq". (Guardian, İndependent)

Vaxtilə Nobel mükafatlı Kolumbiya yazıçı Qabriel Qarsia Markes də teleseriala ssenari yazmışdı.

O bu barədə suala cavab verərkən demişdi ki, teleseriala ssenari yazmaq ayıb iş deyil. Onun fikrincə, teleserialların səviyyəsi haqda mənfi ictimai rəy formalaşıb, halbuki bu işə professional yazıçıların cəlb edilməsi işin ancaq xeyrinə olardı.

Salman Rüşdi "Gecəyarı uşaqları" romanına görə ötən əsrin 80-ci illərində ingilisdilli ölkələrin ən nüfuzlu ədəbiyyat mükafatı olan "Buker"ə layiq görülüb.

Daha sonra "Şeytan ayələri" romanında Məhəmməd peyğəmbərin ailəsini təhqir etməsini əsas gətirərək İranın keçmiş ali dini lideri Xomeyni onun haqqında ölüm fitvası vermişdi.

Həmçinin oxu
Salman Rüşdi Quranın yandırılmasına qarşı çıxır
Salman Rüşdi gizləndiyi illərdən əsər yazacaq

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG