Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:08

Azərbaycanlı uşaqlar BMT-yə müraciət edib


Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi bir neçə gün əvvəl Ağdamın Orta Qərvənd kəndində erməni snaypeyri tərəfindən vurulan 9 yaşlı Fariz Bədəlovun ölümünə etiraz olaraq BMT baş katibinin müavini, uşaqlar və hərbi münaqişələr üzrə xüsusi nümayəndə Radikha Kumarasviyə müraciət göndərib.

Müraciətdə erməni təcəvüzkarlarının Farizi öldürməklə dünyadakı bütün uşaqların yaşamaq hüququna atəş açdığı bildirilir.

Uşaqlar qurumu bu qeyri-insani hadisəyə ciddi reaksiya verməyə çağırıblar.

/ANS/
XS
SM
MD
LG