Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:44

Bakı Kondisonerlər zavodu özəlləşməyə çıxarılıb


"Bakı Kondisioneri" ASC-nin səhmlərinin 90,3 faizi investisiya müsabiqəsinə çıxarılıb.

Trend-in məlumatına görə, paket investisiya müsabiqəsinin standart paketindən (85 faiz) və əmək kollektivinə güzəştli satışdan qalan (5,3 faiz) səhmlərdən formalaşdırılıb.

Müsabiqədə həm yerli, həm də xarici investorlar iştirak edə bilərlər.

İddiaçılar beynəlxalq standartlara cavab verən sənaye və məişət kondisionerlərinin istehsalının təşkili məqsədilə investisiya qoyuluşunun istiqamətləri, məbləği və müddətləri göstərilməklə investisiya proqramı təqdim etməlidirlər.

İddiaçıların ciddiliyini təsdiq edən, onun tərəfindən müsabiqənin şərt və tələblərinin icra olunacağına təminat verən 300 min manat məbləğində bank zəmanəti təqdim etməlidrlər.

Bundan başqa, dövlət büdcəsinə 950 min manatın köçürülməsi barədə təkliflər təqdim edilməlidir.
İddiaçılar müsabiqənin tələbləri və əlavə məlumatı 12 aprel 2011-ci il tarixinədək saat 10:00-dan 17:00-dək Bakı şəhəri, Y.Səfərov küçəsi, 20, ünvanına müraciət etməklə əldə edə bilərlər.

Sənəd və təkliflər də 12 aprel 2011-ci il tarixinədək saat 10:00-dan 17:00-dək qəbul edilir.

Təkliflər 14 aprel 2011-ci il tarixdə saat 15:00-da qiymətləndiriləcək.

Dövlət komitəsinin 490-24- 08 (daxili 242) telefon nömrələrinə zəng vurmaqla əlavə məlumatlar almaq olar.

Günün bütün mövzuları

XS
SM
MD
LG