Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:49

İqtisadi İnkişaf Nazirliyi bir sıra ərzaq məhsullarının ucuzlaşdığını deyir


Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi ölkədə bir sıra ərzaq məhsullarının ucuzlaşdığını deyir.

Nazirliyin məlumatına görə, son günlər aparılan monitorinqlər zamanı duru yağların 5-6%, şəkərin 4%-dək, şəkər tozunun 5-6%, yumurtanın 50%-dək, toyuq ətinin 15%-dək, süd məhsullarının isə 2-4% ucuzlşdığı qeydə alınıb.

Bundan başqa, kartofun 15%-dək, soğanın 10%-dək, sitrus meyvələrinin isə 15-20% ucuzlaşması müşahidə olunub.

Qiymətlərin süni şəkildə qaldırılmasına qarşı aparılan Monitorinq və araşdırmalar davam etdirilir.
XS
SM
MD
LG