Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:23

Yaponiyada elektrik enerjisinin verilməsində problemlər yaranıb


Zəlzələ və sunamidən sonra Yaponiyada elektrik enerjisinin verilməsində hələ bir neçə gün problemlər olacaq.

Bu barədə baş nazir Naoto Kan bu gün televiziya ilə çıxışında bildirib.

Onun sözlərinə görə zəlzələ nəticəsində qəza baş vermiş atom elektrik stansiyasında vəziyyət gərgin olaraq qalır.

Yaponiya hökumətinin nümayəndəsi Yukio Edano stansiyada növbəti partlayışın mümkünlüyünü istisna etmir və hazırda lazımi tədbirlər görüldüyünü deyir.

Qeyd edək ki, zəlzələnin ardınca şənbə günü Fukusima-1 stansiyasındakı reasktorlardan birində partlayış baş verib.

Stansiyasının yerləşdiyi Fukusima rayonundan 200 minədək adam köçürülüb.

Rəsmilərin sözlərinə görə, zəlzələ və sunamidən ölənlərin sayı 10 mini ötə bilər.

Ümumilikdə İndiyədək 1000-ə yaxın adamın öldüyü təsdiqlənib.

Günün bütün mövzuları

XS
SM
MD
LG