Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:32

Azərbaycan-Gürcüstan və Türkiyə arasında yeni elektrik xətləri çəkiləcək


Gürcüstan bu il Azərbaycan və Türkiyəyə qədər yeni elektrik xətlərinin tikintisini planlaşdırılıb.

APA-nın məlumatına görə, yeni xətləri Energo Pro Georgia şirkəti şəkəcək.
3 ilə tikiləcək layihənin dəyəri 150 milyon dollardır.

Son illər Gürcüstandan Türkiyəyə verilən elektrik enerjisinin ixracı 10 dəfə artıb.

Məlumatlara görə Azərbaycan da bu layihəyə qoşulub və tərəflər arasında
enerji sistemlərinin inkişafı ilə bağlı memorandum da imzalanıb.

Azərbaycan tərəfi Gürcüstan-Türkiyə sərhədində tikiləcək 500 kilovoltluq Axalsix-Borçxa xəttin tikintisində maraqlı olduğunu bildirib.

Tərəflər “Azərbaycan-Gürcüstan-Türkiyə”enerji körpüsü çərçivəsində Azərbaycandan Gürcüstana enerji ötürülməsi və yeni elektrik şəbəkələrinin inkişaf etdirilməsi üçün imkanları öyrənəcəklər.

Axalsix-Borçxa xəttin tikintisi 2012-ci ildə başa çatdırılmalıdır.
Bu layihə başa çatdıqdan sonra Avropa ölkələrini elektrik enerjisi ilə təchiz edəcək digər xəttin tikintisinə başlanmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG