Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:03
Azərbaycan internet məkanında daha bir informasiya portalı fəaliyyətə başlayıb.

ANN.Az (Azerbaijan News Network) ünvanında yerləşən portal ilkin mərhələdə Azərbaycan və Rus dillərində fəaliyyət göstərəcək. Yaxın gələcəkdə saytın yeni dil versiyalarının da yaradılması nəzərdə tutulur.

Portalın əsas özəlliyi onun xəbər siyasətindədir. Burada şou-biznes qalmaqalları və ucuz kriminal xəbərləri verilməyəcək, əvəzində ciddi mədəniyyət xəbərləri, yazı və araşdırmalara geniş yer ayrılacaq.

Saytın Afişa bölməsi paytaxtın bütün mədəniyyət ocaqlarını əhatə edəcək.

Portalda Azərbaycan və Dünya Ədəbiyyatını əhatə edən Elektron Kitabxana fəaliyyət göstərir.

Portal ictimai, siyasi, iqtisadi və dünya xəbərlərinə də yer ayırır.

Portalın baş redaktoru Kultaz.com mədəniyyət saytının rəhbəri, şair Zahir Əzəmətdir.

Kultaz.com

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG