Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:35

«De «İlham Əliyevə eşq olsun!», sənə 15 manatlıq iş tapıram»


Biləsuvardan olduğunu deyən şəxs

Biləsuvardan olduğunu deyən şəxs

Müsavatın aksiyası bitmək üzrə olarkən Biləsuvardan olduğunu deyən bir şəxs Səbail rayon Polis İdarəsinin rəis müavini Kamal Vəlişova yaxınlaşaraq işsizlikdən şikayətlənib. Ona üz tutaraq deyib ki, «mənə ya iş verin, ya da həbs edin».

K. Vəlişovla biləsuvarlı arasında belə bir dialoq olub:

- Tut, apar içəri, bəlkə mənə içəridə yemək, ət verdilər. 20 gündür mən Bakıda iş tapa bilmirəm. Tut əlimdən bu dəqiqə, mənə iş ver, məni birdə burda görməzsən. Mən bura mitinqə də gəlməmişəm.

- Yaxşı, şou yaratma. Hansı rayonun qeydiyyatındasan?

- Biləsuvar.

- Biləsuvar rayonunda rəhbərlikdən, icra hakimiyyətindən tutmuş hansı orqana müraciət etmisən işə görə?

- Müəllim, niyə səsini ucaldırsan? Mən sənə bir insan kimi – Orucov Zəfər Təvəkkül oğlu - xahiş edirəm mənə iş tapmağa kömək edin. Gündə mən 10 manat maaşımı alım, mənim burda nə işim, gedim oturub evimdə-eşiyimdə. Mən partiya üzvü deyiləm, vicdanımıza and olsun. Xahiş edirəm, mən sizinlə gedirəm.

- Sən de «İlham Əliyevə eşq olsun!», sənə 15 manatlıq iş tapıram.

- Mən İlham Əliyevə niyə eşq deməliyəm. Bu çörəyi yalvarıramsa sənə, çörəyi yalvara-yalvara istəyirəmsə, niyə deməliyəm. Haçan məni iş düzəldər...

- Bir dəqiqə dayan. İşə düzələndən sonra, bu dövlət sənə çörək verəcək e, o dövləti dəstəkləyəcəksən?

- Mən bu dövlətdə haçan azadlıq, demokratik bərqərar olsa, mən həmin vaxt ürəyim...

- Görməmisən? Onu görməmisən ki? Ə, götürün bunu burdan...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG