Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:12

Qaddafi Fransa ilə diplomatik əlaqələri kəsib



Liviya lideri Muammar Qaddafinin rejimi Parislə diplomatik əlaqələri kəsdiyini bəyan edib. Buna səbəb Liviya müxalifətinin Benghazi şəhərində yaratdıqları Milli Şuranı tanıması olub.

Qaddafi rejiminin xarici işlər naziri Khaled Qaid Fransanı Liviyanı ikiyə bölməkdə ittiham edib.

Fransa prezidenti Nikola Sarkozy artıq Qaddafi rejiminin legitmliyini itirdiyini, Qaddafinin dərhal hakimiyyətdən getməli olduğunu bildirib.

Avropa Birliyi və ABŞ yenidən Liviya lideri Muammar Qaddafini hakimiyyətdən getməyə çağırıblar. Amma Qaddafiyə tabe olan qüvvələr hələlik müxalifətin silahlı qruplarının əlində olan şəhərlərinə hücumlarını davam etdirirlər.

Onlar bu həftə müxalifətin əlindən aldıqları Zawiyah şəhərinə jurnalistlərin səfərlərini təşkil ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG