Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:32

Sahib Kərimova 5 sutka həbs verilib


AXCP sədrinin müavininə 5 sutka həbs cəzası verilib. O ictimai asayişi pozmaqda ittiham olunur.

MÜŞAVİR DÖVLƏTÇİLİK ƏLEYHİNƏ ÇIXIRMIŞ?

Martın 11-də Şəkidə saxlanan AXCP sədrinin müşaviri Sahib Kərimov məhkəməyə aparılıb.


Bu haqda AzadlıqRadiosuna onun yanında olmuş partiyanın rayon təşkilatının üzvü Əli Abdullayev deyib. Məhkəmə hazırda davam edir.

«Biz təxminən on adam, əlimizdə yumurta Şəkidə gəzişirdik. Biz etiraz olaraq yumurta götürmüşdük. Axı prezident yumurtadan yox, Qarabağdan, korrupsiyadan danışmalıdır. Bu vaxt polis bizi saxladı. Polis rəisinin müavini Niyazi Məmmədov yaxınlaşdı ki, rəis sizinlə görüşmək istəyir. Dörd saat gözlədik. İndi də məhkəmədir. Bizi də içəri buraxmırlar. Amma qapıdan eşitdim ki, polis ifadə verir. O deyir ki, Sahib Kərimov guya əlində yumurta atıb-tutmaqla qıraqdakılara işarə verirdi, dövlətçiliyə qarşı nəsə hazırlayırdılar. Belə gülünc məhkəmə gedir».

Əli Abdullayevin sözlərinə görə, «11 mart Böyük Xalq Günü» ilə bağlı Şəkidə polis nəzarəti gücləndirilib. Xüsusən də məscid ətrafına 70-80 polis əməkdaşı toplanıb.
Şəki rayon Polis İdarəsindən Sahib Kərimovun saxlanma səbəbini öyrənə bilmədik.
DİN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bu hadisədən xəbərsiz olduğunu dedi. Bu haqda yalnız martın 12-də məlumat verə biləcəyini söylədi.
XS
SM
MD
LG