Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:07

«28 May» stansiyası işini bərpa edib


Bakı Metropoliteninin «28 May» stansiyasının Cəfər Cabbarlı meydanı istiqamətindəki giriş-çıxışı yenidən işə düşüb.

Metropolitendən eskalatorlarda yaranan problemin artıq aradan qaldırıldığı bildirilib.
Bakı Metropoliteninin rəisi Tağı Əhmədov «Media forum»a deyib ki, eskalatorlara gələn elektrik enerjisinin gərginliyi aşağı düşübmüş:

«Xəttdə açılma olmuş və gərginlik aşağı düşmüşdü. Yarım saata problem həll olundu. Atıq heç bir problem yoxdur».

Martın 11-də təxminən bir saat «28 May» metrostansiyasına giriş-çıxış qadağan olunub, qatarlar bu stansiyada dayanmayıblar. Həmin saatlarda isə «28 May» stansiyasının ətrafında yerləşən ərazidə gənclər «11 mart-Böyük Xalq Günü» aksiyası keçiriblər.

Tağı Əhmədov deyib ki, stansiyanın fəaliyyətinin dayandırılmasının aksiyaya dəxli yoxdur, bu, yalnız texniki problemdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG