Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:53

Fransa və Britaniya Liviyaya hava zərbələri endirməyə razılaşıb


Prezident Nicolas Sarkozy bu gün deyib ki, Fransa və Britaniya Liviyada konkret hədəflərə zərbələr endirməyin tərəfdarıdırlar.. Əgər Qaddafi rejimi öz xalqına qarşı kimyəvi silahdan istifadə eləsə.

Avropa Birliyinin Liviyayla bağlı təcili toplantısında Sarkozy deyib ki, artıq Britaniya Baş naziriylə bu barədə razılıq əldə ediblər ki, Liviyaya zərbələr ancaq BMT Təhlükəsizlik Şurası, Ərəb Liqası və Liviya üsyançılarının razılığından sonra endirilə bilər.

Alman Kansleri Angela Merkel Qaddafini dərhal istefaya çağırıb.

BU arada isə Liviya Qaddafi rejimi Şərqdəki üsyançıların mövqelərinə, əsasən də Ras Lanuf neft limanına havadan təyyarələrlər, qurudan tanklarla və dənizdən gəmilərlə hücumları intensivlədirib.
XS
SM
MD
LG