Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:11

AXCP sədrinin müavini Sahib Kərimov tutulub


Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Sahib Kərimov tutulub.

AXCP sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirov AzadlıqRadiosuna bildirib ki, Sahib Kərimov Şəkiyə şəxsi işləri üçün gedib:

«Yəqin ki, polis onun 11 Mart aksiyası ilə bağlı ora getdiyini güman edib. Amma harada saxlandığından xəbərsizik».

Şəki şəhər Polis İdarəsinin növbətçisi isə AzadlıqRadiosuna onlara belə bir adamın gətirilmədiyini bildirib.

Sahib Kərimovun tanışı İlyas Həsənov isə AzadlıqRadiosuna deyib ki, hazırda onlar Şəki məhkəməsinin qarşısındadırlar:

«Biz bir yerdəydik, bir polis gəldi ki, rəis səninlə görüşmək istəyir. İndi də onu məhkəməyə gətiriblər. AXCP-nin yerli təşkilatının nümayəndələri də burdadır. Sahib Kərimovun saxlandığını isə heç kim bilmir».

Günün bütün mövzuları

XS
SM
MD
LG