Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:13

Nigar Duyğu. Bəyaz kəpənək tək azad olsaydım


Unutmazsan


Unutmazsan,
onu düşünərsən,
Sözlərini, gözlərini,
İstiliyini hiss edərsən, gözlərindən süzülən yaşlar sayəsində,
Gülümsədiyi gələr gözlərin önünə, yenə xatırlarsan,
Unudular deyərsən?
Anamızın südünün dadını unutduğumuz kimi?
Xatırlamazsan yaşadıqlarını, bəlkə xatırlamaq istəməzsən...
Uğrunda canımızı fəda etdiyimiz sevgi ve sevgiılini...
Qəlbinə kilid taxıb, özünə söz verərsən,
xatırlamazsan,
İçini əridən sevdiyin gözləri belə
Gələcəklə bağlı planlar, xəyallar qurmazsan,
Küsərsən yaşadıqlarına,
Qarşısından keçdiyiniz an dönüb ağldığıniz küçə,
Xatırladacaq onu..
Yenə unudarsan deyirsən.
Amma ....
Unudula bilərsən, ama unudmazsan....


Bəyaz kəpənək tək azad olsaydım

Bəyaz kəpənək tək azad olsaydım
çiçəklərə toxunub gül qoxusunu daşısaydım qanadlarımda,
şeh düşmüş çiçəyə-gülə salam aparıb,
dünyama yeni çalarlar qatsaydım,
Bir kəpənək tək azad olub günəşə doğru uçsaydım...
Kəpənək olsaydım ürəyində
kainatın hər rəngini,
dənizlərin səsini,
daşısaydım qəlbinə
Ümid çiçəklərinin qoxusunu gətirsəydim,
toxuna bilsəydim düşüncələrinə,
Məni düşündüyünü bilsəydim....
Bir də ovuclarına qonub sənin nəbzini duysaydım,
Çiçək tozlu qanadlarım nazik ve zərif,
qanadımla izimi qoysaydım dodaqlarına
bir kəpənəyin ömrünün nə qədər qısa olduğunu bilsəydin
bəlkə ..
Elə o qədər sevərdin məni,
Kəpənək tək azad olsaydım,
Bir körpənin sevinərək ardımdan qaçısını,
Məni gözləyən bir çiçəyin hər zaman var olacağını,
Düşünərək qanadlansaydım yaz fəslində
duyğulansaydım, cənnətimlə....

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG