Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:59
Müsavat Partiyası martın 12-nə təyin etdiyi mitinqi Bakının mərkəzindəki Fəvvarələr Meydanında keçirəcək.

Bu haqda qərar martın 11-də partiyanın rayon təşkilatlarının birgə müşavirəsində verilib.

Bu haqda AzadlıqRadiosuna Müsavatın icra aparatının rəhbəri Arif Hacılı bildirib.

«Şəhərin mərkəzində aksiya keçirməkdə məqsədimiz odur ki, daha geniş kütlələrin, beynəlxalq birliyin diqqətini Azərbaycanda fundamental insan hüquqlarının, o cümlədən sərbəst toplaşmaq azadlığının pozulmasına cəlb edək».

Partiya aksiyanı əvvəlcə «Təbriz» kinoteatrının qarşısında keçirmək istəyirdi.

Bakı şəhər İcra Hakimiyyətisə aksiyanı «Bibiheybət» stadionunda keçirməyi təklif edib. İcra Hakimiyyəti hesab edir ki, kinoteatr nəqliyyatın intensiv olduğu ərazidə yerləşir deyə, aksiya keçirməyə münasib deyil.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG