Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:48

Polis nümayişçiləri dağıtmaq üçün atəş açdı


Səudiyyə polisi şiə nümayişçiləri dağıtmaq üçün atəş açıb. Şahidlərin bildirdiyinə görə, polis qumbaradan da istifadə edib. Martın 10-da şiələr şərqi Qatif şəhərində aksiya keçirərək, hökumətdən həbsdəki din yoldaşlarının azad edilməsini tələb ediblər.

Səudiyyənin Daxili İşlər nazirliyinin sözçüsü bildirib ki, nümayişçilər polis məmuruna hücum edəndən sonra havaya atəş açıb.

Sözçü 2 nümayişçi və bir polisin yaralandığını deyib.

Bu arada Tunis və Misirdə baş verənlərdən ruhlanan demokratik fəalların bu gün Səudiyyə Ərəbistanında aksiya keçirəcəyi planlaşdırılır. Ölkə rəhbərliyi bu cür etirazların qadağan olduğunu və istənilən nümayişin qarşısını alacaqlarını bəyan edib.
XS
SM
MD
LG