Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:45

Qəddafi qüvvələri hücumları artırıb


Müəmmar Qəddafinin qüvvələri üsyançıların mövqelərinə hücumları artırıb. Martın 10-da müxalifət Ras-Lanuf limanından geri çəkilib. Qəddafi qüvvələrinin Sidr şəhərini tutduğu da bildirilir.

Belə bir vaxtda Fransa və Böyük Britaniya Avropa Birliyini Liviya üsyançıları tərəfindən yaradılan milli şuranı tanımağa çağırıb. Fransa prezidenti Nicolas Sarkozy və Britaniya baş naziri David Cameronın birgə məktubunda deyilir ki, Qəddafi rejiminin öz legitimliyini itirdiyi aydındır, o və ətrafı hakimiyyəti tərk etməlidir.

Liviya böhranı martın 11-də Brüsseldə AB liderlərinin görüşündə əsas müzakirə mövzusu olacaq.

Qəddafinin qərb təhsilli oğlu Seif al-Islam dünən bildirib ki, rejim 3 həftəlik üsyanı yatırmaq və ölkənin şərq hissəsində nəzarəti bərpa etmək üçün güc tətbiq etməyə hazırdırlar.
XS
SM
MD
LG