Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:37
“AB-nin Bakıdakı nümayəndəliyi Azərbaycanda həbs olunan gənc fəalların sayının getdikcə artmasını narahatlıqla izləyir”.

Bu barədə nümayəndəliyin yaydığı bəyanatda deyilir. Bəyanatda daha sonra vurğulanır:

“AB nümayəndəliyi Azərbaycandakı yerli prosesləri, xüsusilə də demokratiya və insan haqları sahəsində baş verənləri yaxından izləyir. Bunlar siyasi sabitliyin və Şərq Tərəfdaşlığının əsasını təşkil edən əsas elementlərdir”.

“AB nümayəndəliyi vurğulayır ki, bütün əsas azadlıqlara- ifadə azadlığı və sərbəst toplaşma azadlığına böyük önəm verir”.

“AB nümayəndəliyi Azərbaycanı fikir və baxışlarını dinc yolla ifadə edən mülki cəmiyyət üzvləri ilə açıq dialoqa çağırır”.

“AB nümayəndəliyi Azərbaycanı çağırır ki, son günlər həbs olunan gənc fəalların işinə aydınlıq gətirilsin, ATƏT-lə demokratiya və insan haqları sahəsində əməkdaşlıq dəstəklənsin”.

Son günlər facebook sosial şəbəkəsində 11 mart- Böyük Xalq Günü kampaniyası ilə əlaqədar bir neçə fəal gənc saxlanıb və 5 gündən 10 günəcən administrativ cəza alıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG