Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 10:19

Daşqınlardan zərər çəkənlərə kompensasiyalar verilir


Bu barədə AzadlıqRadiosuna Sabirabad rayonun Əsgərbəyli kənd sakini Fədail Şirinov məlumat verib.

«Neçə vaxt idi deyirdilər vermirdilər, amma bu gün məni çağırdılar 1000 manat verdilər. Ailəmizdə 5 nəfər var, adambaşına 200 manat».

Pullar sakinlərə yerli poçt şöbələrinin vasitəsi ilə verilir.

5 nəfər üzvü olan ailələr üçün 1000, 5 nəfərdən yuxarı üzvü olan ailələr üçün isə 1500 manat məbləğində kompensasiya müəyyənləşdirilib. Yardımlar Sarısu gölü ətrafında daşqınlardan zərərçəkən daha üç kəndin sakinlərini əhatə edəcək.

Bu gün həm də əkin sahələri daşqınlardan ziyan çəkən sakinlərə də kompensaiyaların verilməsinə başlanılıb. Kompensasiyanın maksimum həddi 1000, minimum həddi isə 100 manatdır.

Becərilən torpaqların ziyan çəkməsinə görə kompensasiyanın ümumilikdə 10 min ailəyə veriləcəyi nəzərdə tutulub.

2010-cu ilin yayında Kür və Araz çaylarının daşması nəticəsində sahilboyu ərazilərdə xeyli yaşayış məntəqələri, əkin sahələri su altında qalıb.

Hökumət dəyən zərərin qarşısının alınmasına 300 milyon manatdan artıq vəsait ayırıb.
Fevralın 24-də Sabirabad və Saatlı rayonlarının daşqınlardan zərər çəkən bəzi kəndlərinin sakinləri 9 aydan bəri kompensasiya ala bilmədiklərinə görə, aksiya keçirmişdilər.

Bundan sonra Fövqəladə Hallar Nazirliyinin bir qrup rəsmisi sakinlərlə görüşüb problemlərin yaxın vaxtlarda həll olunacağını bildirmişdilər.

Sakinlər verilən sözə bir həftə ərzində əməl olunmayacağı halda yenidən aksiyalara başlayacaqlarını bəyan etmişdilər. Hətta martın 12-ə mitinq də təyin olunmuşdu.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG