Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:21

Erməni birləşmələri yenə də atəşkəsi pozub


Erməni birləşmələri bu gün günorta saatlarında yenidən atəşkəs rejimini pozub.

ANS PRESS-in məlumata görə, erməni birləşmələri saat 12:00 radələrindən Tərtər rayonunun işğal altındakı Talış kəndi ərazisindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini, eləcə də Tərtərin Çaylı kəndini atəşə tutub.

Hadisə zamanı örüşdə heyvan otaran sakinlər də atəşə məruz qalıb.

Atəş yarım saata yaxın davam edib. İnsident zamanı ölən və yaralanan olmayıb.
XS
SM
MD
LG