Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:44

ABŞ səfiri ARDNŞ-nin prezidenti R.Abdullayevlə görüşüb


Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev cümə axşamı ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanı qəbul edib.

APA-nın məlumata görə, Rövnəq Abdullayev səfirə «Azəri-Çıraq-Günəşli» və «Şahdəniz» kimi layihələrdə əldə olunan son nailiyyətlər barədə məlumat verib, bu sahədə əməkdaşlığın davam etdirilməsi üçün böyük imkanlar olduğunu vurğulayıb.

Öz növbəsində M.Brayza regional və qlobal enerji layihələrinin həyata keçirilməsində Azərbaycanın rolunu yüksək qiymətləndirib və əməkdaşlığın daha da genişləndiriləcəyinə əmin olduğunu bildirib.
XS
SM
MD
LG