Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:55

BQXK-i Liviyada vətəndaş müharibəsi düşdüyünü deyir


Beynəlxalq Qırmızı Xaç Komitəsi Liviyada vətəndaş müharibəsi getdiyini bildirir.

Təşkilatın rəhbəri Jakob Kellenberger döyüşlərin daha da intensivləşəcəyini xəbərdarlıq edib və ən pis vəziyyətə hazır olmağa çağırıb.

Fransa bu arada Liviyada üsyançıların yaratdığı milli şuranı tanıyıb.

Liviyanın rəsmi Cana agentliyi isə xəbər verir ki, Tripoli Fransayla bütün diplomatik əlaqələri kəsmək fikrindədir.

Bu arada Qaddafiyə sadiq qüvvələrin bundan əvvəl üsyançıların əlində olan Zaviyə şəhərinin böyük hissəsini nəzarətə götürdüyü, Breqa şəhərini bombaladığı xəbər verilir.

Avropa Birliyi ilə NATO Brüsseldə ayrılıqda Liviyadakı vəziyyəti müzakirə edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG