Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:14

Bəxtiyar Hacıyevin anası YAP-dan çıxdı


Həbsdə olan gənc fəal Bəxtiyar Hacıyevin anası Solidə Mövlayeva Yeni Azərbaycan Partiyası üzvlüyündən imtina edib.

O, AzadlıqRadiosuna bildirib ki, partiya üzvlüyündən çıxmaq haqda ərizəni YAP-ın Gəncə şəhər təşkilatına təqdim edib.

«Mən oğlumun arxasındayam, bundan sonra gənclərlə bir olacam, gənclərin dəstələrində Bəxtiyarı əvəz edəcəm», - deyə o, bildirib.

Solidə Mövlayeva 1995-ci ildən YAP-ın üzvü olub.

Martın 4-də Gəncə şəhər Nizami rayon Məhkəməsi Bəxtiyar Hacıyev barəsində bir ay həbs qətimkan tədbiri seçib. O, hərbi xidmətdən yayınmaqda ittiham olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG