Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:52

Putin ABŞ-a viza rejiminin ləğvini təklif edib


Rusiyanın baş naziri Vladimir Putin Birləşmiş Ştatlara iki ölkə arasındakı viza rejiminin aradan qaldrılmasını təklif edib.

Vladimir Putin belə bir təşəbbüslə bu gün Moskvada Birləşmiş Ştatların vitse-prezidenti Joe Bidenlə görüşərkən çıxış edib.

O qeyd edib ki, belə bir addım Rusiya-ABŞ münasibətlərinin inkişafında tarixi addım olardı, iki ölkə arasındakı bütün köhnə sterotipləri aradan qaldırardı.

Joe Bidenin Rusiyaya səfəri zamanı ikitərəfli münasibətlər və digər beynəlxalq məsələlər müzakirə olunur.

O dünən Rusiya prezidenti Dimitri Medvedevlə görüşüb.

Bu gün isə onun Moskva Dövlət Universitetində ikitərəfli münasibətlərlə bağlı çıxışı gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG