Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:40

Prezident İlham Əliyev:“Yumurtanın qiyməyini qaldıranlar cəzalanacaq”


"Ölkə daxilində istehsal olunan məhsulların qiyməti bəzi hallarda əsassız və süni şəkildə artırılır". Bunu Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhər İcra Hakimiyyətində paytaxt və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair müşavirədə deyib. O, bu yaxınlarda yumurtanın qiymətinin kəskin şəkildə artdığını bildirib.

"Mən göstəriş verdim ki, araşdırsınlar. Biz özümüzü yumurta ilə təmin edirik. Yumurta Azərbaycanda istehsal edilir, demək olar ki, idxal olunmur. Nə üçün onda qısa müddət ərzində yumurtanın qiyməti bir neçə dəfə qalxdı? İndi iyirmi qəpikdən artıqdır. Kim bunu edir? Araşdırırıq bu məsələni. Burada sırf inhisarçılıq, istehsal sahəsində inhisarçılıq vardır", deyə dövlət başçısı bildirib.

İ.Əliyev buna dünyada “Kartel sövdələşməsi” deyildiyini qeyd edib. Onun sözlərinə görə, bu, sırf “Kartel sövdələşməsi”nin təzahürüdür. Prezident yumurtanın qiymətini süni şəkildə şişirdənlərin cinayət məsuliyyətinə cəlb olunması barədə dərhal göstəriş verdiyini deyib: "Cinayət işi açılıb və bunu edənlər öz cəzasını alacaqlar".

Günün bütün mövzuları

XS
SM
MD
LG