Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:39

Rusiya da Liviyaya silah satmayacaq



Rusiya bu gün elan edib ki, Liviyaya silah satışını qadağan edəcək.
Kreml bildirib ki, prezident Dmitri Medvedev silah ixracaatı, satışı və hərbi sursatla təchizat edilməsi ilə bağlı qadağanı imzalayıb.

BMT-nin Təhlükəsizlik Şurası fevralın 26-da Liviyaya silah satışının dayandırılmasına səs vermişdi.

Liviyada Qaddafi silahlıları ilə onun hakimiyyətdən getməsini tələb edən qüvvələr arasında minlərlə adam ölüb. Rusiya Liviyanı silahla təchiz edən ölkələrdən biri idi. Ötən həftə Rusiya hərbi rəsmiləri bildirmişdilər ki, silah satışının qadağasından Moskva 4 milyard itirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG