Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 01:20

Liviyada neft istehsalı aşağı düşüb


Liviyanın Milli Neft Korparasiyasının rəhbəri deyib ki, ölkədə Muammar Qaddafi rejiminə qarşı iğtişaşlar başlayandan sonra son üç həftədə məhsul istehsalı zəifləyib.

Milli Neft Korparasiyasının rəhbəri Shukri Ghanem martın 9-da bildirib ki, məhsuldarlıq 1,6 milyon bareldən 500 minə düşüb. Onun sözlərinə görə, bunun səbəblərindən biri də bir çox xaricinin və liviyalı işçinin neft sahələrini tərk etməsidir, çünki onlar narahat idilər.

Üsyançılarla Qaddafi tərəfdarları arasındakı döyüşlər boru kəmərləri və neft qurğuları olan əraziləri alova bürüyüb.
XS
SM
MD
LG