Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:24

Dünyada ən varlı adamların çoxu Rusiyada yaşayır


"Forbes" jurnalı məlumat verir ki, digər ölkələrlə müayisədə Rusiyada 100-dən çox milyarder özü də xüsusilə, Moskvada yaşayır.

ABŞ-da yerləşən jurnalın "dünyanın ən varlı adamları" illik siyahısında göstərilib ki, Rusiyada milyarderlərin sayı 101-ə çatıb. Ötən il onların sayı 62 olub.

Jurnal yazır ki, Moskvada 79 Rusiya milyarderi yaşayır.

İndi Avropada 300 milyarderin üçdə biri Rusiyadadır.

Rusiya milyarderlərinin siyahısına polad baronu Vladimir Lisin rəhbərlik edir. Onun şəxsi kapitalı 24 milyard dollardır. Bu kapitalla o, "dünyanın ən varlı adamı" siyahıslnda 14-cü yeri tutur.

"Forbes" deyir ki, Meksika telekommunikasiyasının maqnatı Carlos Slim 74 milradlıq varidatı ilə dünyanın ən varlı adamı olaraq qalır. "Microsoft"un təsisçisi Bill Gates 56 milyardlıq kapitalı ilə ikinci yerdə gəlir.

Günün bütün mövzuları

XS
SM
MD
LG