Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:52

«Al Jazeera», 11 Mart, «Facebook» danlağı…


Mətbuat icmalı
Mətbuat icmalı
«AL JAZEERA» BAKIYA ÇƏKİLİŞ QRUPU GÖNDƏRİB»

«Yeni Müsavat» qəzetinin martın 10-da çıxan sayında manşet yazı belə adlanır.
Qəzet Tunis və Misir prezidentlərini «aşıran» «Al Jazeera» televiziyası müxbirlərinin artıq Azərbaycanda olduğunu yazır.

«Ərəb inqilablarında mühüm rol oynayan telekanal martın 11-12-də gözlənilən aksiyaları yayınlamağa hazırlaşır. Məlum olduğu kimi, gənclərdən ibarət qrup «Facebook» sosial şəbəkəsində martın 11-ni «Böyük Xalq Günü» elan edib və həmin gün müxtəlif xarakterli aksiyalara çağırıb. Martın 12-də isə Müsavat Partiyasının Bakıda siyasi islahatlar tələbiylə mitinq keçirməsinə hazırlıq gedir. Azərbaycanda müşahidə olunan bu fəallaşmaya hakimiyyətin reaksiyası isə artıq inqilabların baş verdiyi ərəb ölkələrinin keçmiş hakimiyyətlərinin reaksiyasından fərqlənmir», - deyə qəzet yazır.

«BƏZİ GƏNCLƏR İMPERİALİSTLƏRİN «TORUNA» DÜŞÜB»


«Yeni Azərbaycan» qəzeti isə «11 mart - Böyük Xalq Günü» qrupunun xarici qərəzli qüvvələrin sifarişilə yaradıldığını yazır.

«Çox təəssüflər olsun ki, bu gün Azərbaycanda bəzi gənclər imperialistlərin «toruna» düşüb və yalnız ölkəmizin düşmənlərinin maraqlarına xidmət edən addımlar atırlar. «11 mart - Böyük Xalq Günü» qrupu xarici qərəzli qüvvələrin sifarişilə yaradılıb...

Bu gün Cənubi Qafqaz iqtisadiyyatının həcminin 70 faizdən çoxunu əlində cəmləşdirən Azərbaycanın sürətli tərəqqisi bir çox xarici qərəzli qüvvələri narahat edir. Bu baxımdan da, dövlətimizin inkişafına mane olmaq üçün bütün vasitələrdən istifadə edirlər. Həmin vasitələrdən biri də məhz sosial şəbəkələrdir. Azərbaycan gənclərinin çoxunun bu sosial şəbəkələrdə yer alması faktını yaxşı bilən həmin qərəzli qüvvələr ölkə daxilində süni narazılıq yaratmaq məqsədilə virtual aksiyalar təşkil etmək istəyirlər».

GƏNCLƏR «FACEBOOK»A GÖRƏ DANLANIB?

«Bizim yol» qəzeti isə Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədovun partiyanın Nərimanov rayon təşkilatında gənclərlə keçirdiyi görüşdən yazır.
«Əli Əhmədov YAP-çı gəncləri «Facebook»a görə danladı» başlıqlı yazıda qeyd olunur: «Hakim partiyanın icra katibi onları «Facebook»da aktiv olmağa çağırıb.

Son zamanlar «Facebook» sosial şəbəkəsində hakimiyyət əleyhinə çağırışların çoxalması, gənclərin inqilabi çıxışları hakimiyyəti narahat edib. Xatırladaq ki, hələ bir neçə ay əvvəl YAP-ın icra katibi Əli Əhmədov partiyanın gəncləriylə görüşündə onları «Facebook»da fəal olmağa və müxalif düşüncəli gənclərlə polemikaya çağırmışdı.

Görünür, bu çağırışın heç bir faydası olmadığından Əli Əhmədov növbəti dəfə belə bir çağırışda bulunub», - deyə qəzet yazır.

«ÇAYXANALARA DÖNMƏK VAXTIDIR»


«Azərbaycan» qəzeti də müxalifət partiyalarından yazır. «Azərbaycan müxalifəti və ya iflasa aparan yolun tənha piyadası« başlıqlı yazıda qeyd olunur ki, «göz eyni nöqtəyə baxmaqdan, dil eyni yalanı danışmaqdan, qulaq eyni səfsəfəni eşitməkdən yoruldu. Amma müxalifət yorulmadı. Onun tuği-lənət olub bu millətin boğazına keçmiş radikal qanadı 18 ildən bəridir ətrafa yalan, böhtan, xəyanət püskürür, xalqı xırda bir cığırdan böyük el yoluna çevrilmiş müstəqillik, firavanlıq və haqq yolundan sapdırmağa çalışır.

Bəs bu adamlar niyə Azərbaycana qənim kəsiliblər?

Umacaqları nədir? Hakimiyyət?! Bu zavallılar hələ də dərk etməyiblər ki, siyasət meydanında onlara yer qalmayıb, kağız-kuğuzlarını qoltuqlarına vurub bir zamanlar hərəkata başladıqları çayxanalara dönmək vaxtıdır».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG