Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:19

Amerikada müsəlman icmaları ilə dinləmə keçirilir


ABŞ-ın Nümayəndələr Palatasının komitəsi Amerika Müsəlman İcmasının bəzi üzvləri ilə radikalizmin araşdırılması ilə bağlı bu gün dinləmə keçirir.

"House Homeland" Təhlükəsizlik Komitəsinin rəhbəri Peter King deyir ki, o, Əl-Qaidə və onun tərəfdarlarının terror hücumları üçün amerikalıları və müsəlmanlar arasından özlərinə yeni tərəfdaş toplamağa çalışmasından narahatdır.

King təsdiqləyir ki, müsəlman icmaları, məcsidləri radikal müsəlman gənclərlə kifayət qədər əməkdaşlıq eləmirlər.

Müsəlman və vətəndaş hüquqları tərəfdarları dinləməni tənqid ediblər, deyiblər ki, müsəlmanlar haqsız yerə hədəfdədilər. Tənqidçilər deyirlər ki, dinləmələr 1950-ci illərdə ABŞ-da kommunistləri ifşa etməyə yönələn dinləmələri təşkil edən senator Joseph McCarthini yada salır.

Günün bütün mövzuları

XS
SM
MD
LG