Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:25

Prezident qeydiyyatsız evlərdən danışdı


«Bakıda evlərin qeydiyyata alınması problemi var. Biz bu problemi bilirik».

Bunu prezident İlham Əliyev martın 9-da Bakı şəhər İcra Hakimiyyətində keçirdiyi müşavirədə deyib.

Prezident deyib ki, «biz elə etməliyik ki, bu problem həll olunarkən xoşagəlməz hallar, əsassız tələblər irəli sürülməsin».

«Bu da reallıqdır. Hacıbala Abutalıbova göstəriş vermişəm, bu məsələnin həlli üçün şəffaf mexanizm işlənilməlidir ki, biz burada korrupsiyanı, rüşvətxorluğu tamamilə aradan götürək. Yoxsa, xoşniyyətli bir təşəbbüs yenə də bəzi adamların tamahkarlığı ucbatından bizə ancaq problemlər gətirə bilər», - deyə prezident bildirib.

İlham Əliyev müşavirədə Bakıətrafı qəsəbə yollarından da danışıb. O, deyib ki, qəsəbədaxili yollar bərbad vəziyyətdədir, tezliklə bu məsələlər öz həllini tapmalıdır. Prezident bu sahədə vəziyyətin onu qane etmədiyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG