Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 12:56
Britaniyanın sarı mətbuatından olan “The Daily Mail” martın 9-da Britaniya şahzadəsi Andrew-nu tənqid edir ki, Azərbaycana və Türkmənistana kimi ölkələrə müntəzəm səfərlər edir.

Qəzetdə dərc olunan məqalənin müəllifi Daniel Martin yazır ki, Briyaniya şahzadəsi etiraz aksiyası iştirakçılarına işgəncə verməkdə ittiham olunan “milyarder diktatorla sıx dostluq” qurub: “Son 5 ildə Azərbaycana etdiyi 8 səfərlə York Hersoqu prezident İlham Əliyevlə çox güclü əlaqələr yaradıb. İlham Əliyev rejiminin isə seçkiləri saxtalaşdırdığı, siyasi rəqiblərini həbsə atdığı deyilir.

O, Türkmənistanın rəhbəri ilə görüşüb. Baxmayaraq ki, bu ölkə beynəlxalq anti-korrupsiya qruplarının sorğularında dünyanın ən korrupsiyalaşmış altı ölkəsindən biri kimi göstərilir.

Bir qayda olaraq, “əziz dost” adlandırdığı Azərbaycana onun sonuncu səfəri keçən ilin noyabrında olub. Halbuki bundan cəmi bir həftə sonra keçirilmiş parlament seçkisinə görə bu ölkəyə qarşı beynəlxalq tənqidlər qabarmışdı. Elə ötən bazar ertəsi Amnesty International Əliyev rejimindən islahatlar tələb edən fəallara qarşı işgəncələrə son qoymağı tələb edib.”

Müəllif qeyd edir ki, Andrew-nun Azərbaycana azı iki səfəri şəxsi səfər olub. Bu da yerli mediada onun Azərbaycanda biznes maraqlarının olmasına dair söz-söhbətlərin yayılmasına səbəb olub. İddialara görə Andrew-nun Xəzər sahilində qolf meydançası var. Amma Buckingham Sarayı həmin iddiları inkar edir. Buckingham Sarayının sözçüsü deyir: “Hersoqun Azərbaycanla işi neft, qaz, enerji təhlükəsizliyi məsələləri ilə bağlıdır. Bunlar Britaniya şirkətlərinə gözəl imkanlar yaradır. Onun fəaliyyəti olduqca dəyərlidir və hökumətin istəyi ilə ölkələrimiz arasında ticarət əlaqələrinin genişləndirilməsində öz rolunu oynamaqda davam edəcək”.

“The Daily Mail” yazır ki, Azərbaycan Britaniyanın vacib ticarət tərəfdaşlarından biridir. Bu ölkədə xarici investisiyaların 51 faizi Britaniya şirkətlərinə məxsudur. Azərbaycanda təxminən 150 Britaniya şirkəti işləyir: “Buna baxmayaraq, dünən gecə tənqidçilər sual qaldırıblar ki, Kral Ailəsi belə avtokratik liderləri öz dostlarının sırasına daxil etməlidirmi?”

Müəllifin qeyd etdiyinə görə Şahzadə Andrew ABŞ-da seksual təcavüzdə ittiham olunan admla, Liviyanın silah alverçiləri ilə, Tunisin devrilmiş prezidentinin ailəsi ilə yaxınlığa görə də ittiham olunur.

İndi Andrew-nun Azərbaycanla əlaqələri diqqət mərkəzinə düşüb. Tənqidçilər deyirlər ki, onun Azərbaycana özəl təyyarə ilə hər səfəri Britaniya vergiödəyənlərinə 60 000 funta (təxminən 77 000 manat) başa gəlir. Halbuki Bakıya adi reyslə uçsaydı onun səfəri cəmi 1300 funt (təxminən 1700 manat) olacaqdı: “Deyilənə görə o, prezident Əliyevin istirahət məkanında dincəlir. Həmin məaknda isə dünyanın ən yaxşı masajçısı sayılan, Moskvadan gözdən əlil bir masajçı qulluq edir.

Şahzadə prezidentin xanımı Mehriban və onun iki məftuedcici qızı ilə dostluq edir. Qızlarından biri Leyla Rusiya oliqarxının oğlu ilə evlənib və Londonda Hyde Parka baxan xudmani bir evləri var. İddialara görə Azərbaycanın Londondakı səfirliyinin binası da şəxsən ona məxsusdur. Bir neçə il əvvəl Leyla özününü cəmi 12 rəfiqəsinə verdiyi şam yeməyinə 300 000 funt (təxminən 385 000 manat) xərcləmişdi.

Keçən il Leylanın bacısı Arzu və qardaşı 11 yaşlı Heydərlə birlikdə Dubayda doqquz villa alması barədə xəbər yayıldı.

Prezidentlə Andrew “çox yaxın dostlar” adlandırılırlar. Mənbələrdən birini dediyinə görə, Andrew İlhamın adətən qadınlarla bağlı olan lətifələrinə bayılır”.

Əmək Partiyasından olan deputat Paul Flynn “The Daily Mail” qəzetinə bildirib ki, Kral Ailəsi zalım diktator kimi ad çıxarmış adamlarla biznes dostluğu qurmamalıdır. Çünki bugünün “əziz dost”u sabahın qatil diktatorudur. Azərbaycan da insan haqlarına hörmət etməyən çox ibtiadi səviyyədə demokratiyası olan bir ölkədir”.

Qəzet yada salır ki, Azərbaycan Transparency International təşkilatının korrupsiya indeksinə görə 178 ölkə arasında 134-cü sıradadır və Bakı BBC radiosunun bu ölkədə yayılmasını dayandırılıb: “Azərbaycan neft gəlirləri hesabına ildə azı 4.3 milyard dollar pul qazanır. Amma onun 8 milyonluq xalqı ağır ciddi kasıblıq içərisində yaşayır.

Amma nə Andrew, nə nə Tony Blari ölkənin bu tərəfini görmür. 2009-cu ilin dekabrında Azərbaycana səfər edən keçmiş Baş nazirin 20 dəqiqəlik çıxışı üçün 90 000 funt (təxminən 116 000 manat) aldığı haqqında məlumatlar var”.

Şərhləri göstər

XS
SM
MD
LG