Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:54

Azərbaycanda hərbi xidmətə çağırış barədə növbəti fərman imzalanıb


Azərbaycan prezidenti İlham Əliyev 2011-ci il aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırış və hərbi qulluqçularının ehtiyata buraxılması haqqında fərman imzalayıb.

Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, fərmanda qərara alınıb ki, 1993-cü ildə doğulmuş və çağırış günü üçün 18 yaşı tamam olmuş, habelə 1976-1992-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan vətəndaşları 2011-ci ilin aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılsınlar.

Qanunda nəzərdə tutulmuş xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar isə 2011-ci il aprelin 1-dən 30-dək ehtiyata buraxılacaq.
XS
SM
MD
LG