Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:45

Liviyada döyüşlər paytaxt ətrafında gedir


Ras Lanuf şəhərində müxalifət fəallarından biri, 8 mart 2011
Ras Lanuf şəhərində müxalifət fəallarından biri, 8 mart 2011
Martın 9-da yayılan xəbərlərə görə, Liviyanın yüksək vəzifəli rəsmisi Misirn paytaxtına gedib. Qahirə Hava limanından “Associated Press” agentliyinə verilən məlumata görə Yunanıstan hava sahəsi ilə Misirə gələn özəl təyyarənin sərnişini Muammar Qaddafinin ismarışını gətirib.

VƏTƏNDAŞ MÜHARİBƏSİ QIZIŞIR


Liviyanın özündə isə ağır döyüşlər gedir. Hökumət qoşunları Şərq ərazilərinə nəzarət edən müxalifətə hava zərbələri endirir. Bu zərbələrin qarşısını almaq üçün Liviyaya beynəlxalq uçuş qadağaları sanksiyasının tətbiq edilməsi məsələsi gündımdən düşmür.

QADDAFİ QƏRBİ HƏDƏLƏYİR


Liviya lideri Muammar Qaddafi isə martın 9-da dövlət televiziyasına müsahibəsində bildirib ki, əgər Qərb uçuşlara qadağa tətbiq etsə, bütün liviyalılar silaha sarılacaqlar.

Qaddafi dünən Türkiyənin TRT televiziyasına müsahibəsində deyib ki, ABŞ, Fransa və Britaniya onun ölkəsinin neft sərvətlərinə sahib olmaq üçün əlbir olublar.

ZAWİYAH ŞƏHƏRİ UĞRUNDA QANLI DÖYÜŞLƏR


Martın 9-da paytaxt Tripoli yaxınlığndakı müxalifətçilərin nəzarət etdikləri Zawiyah şəhərinə Qaddafiyə sadiq ordu hissələrinin tank hücumları olub.

Şəhərdə ağır döyüşlər getməsi haqqında xəbərlər yayılır. Həmçinin paytaxt Tripolinin şərqində və qərbinda strateji yüksəklilərə nəzarət edən müxalifətin silahlı qruplarına da Qaddafinin əsgərləri hücuma keçiblər, orada da döyüşlər gedir.

Həmçinin oxuyun:
Qaddafi əsgərləri son bir neçə gündə ölkənin əsas neft terminalarından birinin yerləşdiyi Ras Lanuf şəhərinin bombardman edilməsini davam etdirir.
Martın 9-da Ras Lanuf şəhərinin yaxınlığında neft qurğuları partladılıb. Müxalifət bunların Qaddafi avasiyası tərəfindən vurduğunu bildirir.

ZƏHƏRLİ QAZ FABRİKİ PARTLADILSA, FACİƏ BAŞ VERƏ BİLƏR


Bu şəhərin yaxınlığında təbii qaz emal edən zavod yerləşir. Qərb agentlikləri xəbər verirlər ki, əgər həmin zavod da partladılsa, 15 kilometrlik radiusa qədər nəhəng ərazidə faciəli nəticə verə bilər.

Müxalifətçi döyüşçülərdən biri “Reuters” agentliyinə deyib ki, bu zəhərli zavodun dağıdılması rejimin atdığı sonuncu qisa addımı olacaq: O deyib ki, üsyançılar nə Qaddafinin özündən, nə onun tanklarından, nə də təyyarələrindən qorxmuruq.

TƏRƏFLƏR DİPLOMATİK CƏBHƏDƏ


Vaşinqtonda prezident Barak Obama və Britaniyanın Baş naziri David Cameron Qaddafi rejiminin dinc sakinlərə qarşı zorakılığının necə qarşısının alınmasını müzakirə ediblər. Mümkün tədbirlər arasında Liviyaya humanitar yardımların göndərilməsi, BMT-nin silah qadağanın icrası və mümkün uçuşlara qadağa tətbiqi olduğu bildirlir.

Liviyanın ikinci böyük şəhəri olan Benghazi şəhərində yaradılan müxalifətin Milli Şurasının təmsilçiləri martın 9-da Avropa Parlamentinin Strasburqda keçirilən toplantısına qatılıblar. Onlar toplantıya müraciət ediblər ki, Milli Şuranın legitimliyini tanısınlar. Avropa Birliyinin deputatları da bu gün öz ölkələrinin liderlərini Liviya müxalifətini formal olaraq tanımağa və bu ölkənin üzərindən uçuşlara qadağa qoyulmasına yardım etməyə çağırıblar. BMT Təhülkəsizlik Şurası artıq bu ideyanı müzakirə edib. Amma veto hüququ olan Rusiya Liviyaya hərbi müdaxilə fikrinin əleyhinə çıxış edib.

Avropa Birliyinin Xarici Siyasət İdarəsinin rəhbəri Catherine Ashton bu gün bildirib ki, Birlik Liviyada təxliyyə və humantira böhranın aradan qaldırılmasına yardım üçün bu ölkəyə hərbi missiya göndərməyi nəzərdən keçirir.

3 həftə əvvəl Muammar Qaddafinin 42 illik hakimiyyətinə son qoyulması tələbilə keçirilən etiraz askiyalarına Liviya liderinin silahlarla cavab verməsi ölkədə mindən çox adamın həlak olmasına gətirib çıxarıb. Qaddafi paytaxtdan başqa, ölkənin əsas şəhərlərinə nəzarəti ititib.
XS
SM
MD
LG