Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:25

Bəxtiyar Hacıyevin apelyasiya şikayəti təmin olunmadı


Martın 9-da Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasında Bəxtiyar Hacıyev barəsində həbs-qətimkan tədbiri seçilməsi ilə bağlı qərardan vəkilin verdiyi apelyasiya şikayətinə baxılıb. Məhkəmə onun şikayətini təmin etməyib. Prosesdə Bəxtiyar Hacıyevin özü də iştirak edib.

Bu barədə AzadlıqRadiosuna B. Hacıyevin vəkili Əlayif Həsənov məlumat verib:

«Proses 2 saat yarım davam etdi. Məhkəmədə ən elementar şeyi soruşduq ki, həbs-qəti imkan tədbirinin seçilməsi üçün qərarda 2-3-4 mart tarixlərində polis şöbəsində imza atandan sonra Bəxtiyarın Gəncənin inzibati ərazisini tərk etdiyi qeyd oulnub. Biz soruşduq ki, bəs niyə martın 3-də gələndə soruşmadınız ki, 2-də sənədləri imzalayandan sonra hara getmisən, həmçinin 4-də soruşmayıblar ki, 3-də harada idin? Çox absurd məsələdir».

Vəkil hesab edir ki, Bəxtiyar barədə məhkəmə qərarı əvvəlcədən planlaşdırılmışdı.

BƏXTİYAR HACIYEV GƏNCLƏRƏ MESAJ GÖNDƏRİB


Ə. Həsənov bildirib ki, Apelyasiya Məhkəməsinin qərarını alandan sonra qərardan Avropa Məhkəməsinə şikayət edəcəklər. Çünki qanunvericiliyə görə, həbs-qəti imkan tədbiri barədə apelyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət vermək olmaz.

Bəxtiyar Hacıyev vəkildən gənclərə mesajını çatdırmasını da xahiş edib:

«Bəxtiyar dedi ki, mən mübarizəmi həbsxana divarları arxasında da davam etdirirəm. Qətiyyən narahatçılıq keçirməyib, əyilməmişəm, sınmamışam, mübariz olun».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG