Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:01

Üsyançılar Liviya üzərində uçuşları qadaöan etməyə çağırıblar


Liviyada üsyançılar Gaddafi qüvvələrinin hava hücumlarına son qoymaq üçün beynəlxalq aləmi Liviya üzərində uçuşları qadaöan etməyə çağırıblar.

Üsyanşıların liderləri Benqazidə bildiriblər ki, onlar Liviya üzərində qadağan zonasının tətbiq edilməsi üçün diplomatik səylər göstərirlər.

Muammar Gaddafi isə bu gün tərəfdarları qarşısında çıxış edərkən üsyançıların xarici qüvvələr tərəfindən ələ alındıqlarını bildirib.

Gaddafi həmçinin Birləşmiş Ştatlar, Böyük Britaniya və Fransanı ölkənin neft ehtiyatlarına nəzarət etmək üçün sövdələşməkdə ittiham edib.

O qeyd edib ki, əgər beynəlxalq aləm Liviya üzərində uçuşları qadağan etsə, liviyalılar silaha sarılmalıdır.

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə səlahiyyətli nümayəndəsi Catherine Ashton bildirib ki, birlik hümanitar məqsədlər üçün Liviyaya hərbi missiya göndərilməsini götür-qoy edir.

Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri cümə günü Brüsseldə Liviyada yaranmış vəziyyəti müzakirə edəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG