Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:32

Doktoranturaya qəbul planı qismən təsdiqlənib


Azərbaycan hökuməti doktoranturaya qəbul planını qismən təsdiq edib.

Bu barədə «Trend»ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti Arif Haşımov məlumat verib.

Nazirlər Kabineti AMEA strukturunda və digər təşkilatlarda doktoranturaya qəbul planını təsdiq edib, Təhsil Nazirliyinin təklifləri isə təsdiqlənməmiş qalır.

AMEA-da əyani əsasda fəlsəfə elmləri doktoru dərəcəsi üzrə 176 yer, qiyabi əsasda 36 yer, AMEA-ya daxil olmayan digər təşkilatlarda əyani əsasda fəlsəfə elmləri doktoru dərəcəsi üzrə 108 yer, qiyabi əsasda 81 yer, əyani əsasda elmlər doktoru dərəcəsi üzrə 18 yer, qiyabi əsasda 30 yer ayrılıb.

A.Haşımov deyir ki, Nazirlər Kabineti tərəfindən doktoranturaya qəbul Təhsil Nazirliyinin təkliflərinin təsdiq edilməsindən sonra elan oluna bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG