Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:19

Eldar Sabiroğlu: «Ermənistan hər sammitdən əvvəl və sonra təxribata əl atır»


Eldar Sabiroğlu

Eldar Sabiroğlu

«Son vaxtlar Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrini də mütəmadi olaraq atəş altında saxlayır və dinc əhaliyə qarşı müxtəlif silahlardan istifadə edirlər».

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlunun fevralın 9-da yayılan açıqlamasında belə deyilir.

Martın 8-də Ağdam rayonunun işğal altındakı Şıxlar kəndi istiqamətindən snayperdən açılan atəş Orta Qərvənd kənd sakini - 2002-ci il təvəllüdlü Fariz Bədəlovu başından yaralayıb. O, xəstəxanaya aparılarkən yolda vəfat edib.

«Bu 10 yaşlı körpə uşağın günahı nə idi? Onu nişangaha almaq üçün əmr verən erməni zabiti həmin an gözləri önünə öz övladını gətirdimi? Çətin. Onlar üçün körpə, qoca, qadın fərqi yoxdur», - deyə Eldar Sabiroğlu bildirib.

Nazirliyin rəsmisi bildirir ki, Azərbaycan Silahlı Qüvvələri cəbhədə vəziyyətin kəskinləşməməsi üçün cavab atəşi açmayıb.

E. Sabiroğlu qeyd edir ki, Ermənistan vəziyyəti getdikcə gərginləşdirir. Hər dəfə yüksək səviyyəli görüşdən ya əvvəl, ya da sonra hansısa təxribata əl atmaqla sülh danışıqlarını pozmağa çalışır.

Günün bütün mövzuları

XS
SM
MD
LG