Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:58
Bu haqda Basketbol Federasiyasının Gəncə nümayəndəliyinin sədri Rizvan Səfərov məlumat verib. Yarışlarda 1997-1998-ci il təvəllüdlü yeniyetmələrdən ibarət 9 komanda iki yarımqrupda mübarizə aparıblar.

Yeniyetmələr arasında idman məktəblərinin IV ümumrespublika oyunları çərçivəsində basketbol üzrə zona yarışları Gəncə ilə yanaşı Biləsuvar rayonunda da keçirilib.

I yarımqrupda Bakı-Səbail, Gəncə Təhsil İdman Mərkəzi (TİM), 1 saylı Uşaq Gənclər İdman Məktəbi, Sumqayıt və Mingəçevir komandaları yarışıblar.

II yarımqrupda Bakı-Xətai, Bakı-Yasamal, Göygöl və Şəki kollektivləri mübarizə aparıblar.

İlk yarımqrupda paytaxtın Səbail və Gəncənin TİM komandaları final mərhələsinə yüksəliblər. Digər yarımqrupda Bakı-Xətai və Şəki kollektivləri fərqləniblər. Qaliblər martın 26-dan 30-dək İsmayıllı şəhərində keçiriləcək zona yarışlarının final mərhələsində iştirak edəcəklər.

Qeyd edək ki, zona yarışlarını izləmək üçün Gəncədə olan Federasiyanın vitse-prezidenti R.Rüstəmov Gəncədə keçirilən liqa yarışları ilə də tanış olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG