Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:40

ADAU-da yeni dissertasiya şurası fəaliyyət göstərəcək


Bu barədə Universitetdən məlumat verilib. Bildirilib ki, şura Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən təsis olunub.

Şura ali attestasiya komissiyasının tələblərini rəhbər tutaraq fəaliyyət göstərəcək.

Yeni müdafiə şurasının fərqli və müsbət cəhəti ondan ibarətdir ki, burada iqtisad elminin 4 istiqaməti - kənd təsərrüfatı, sahibkarlıq, regional iqtisadiyyat və mühasibat uçotu üzrə dissertasiyalar müdafiə ediləcək. Bu isə iqtisad elmi üzrə kadrların strukturundakı uyğunsuzluqların aradan qaldırılmasına müsbət təsir edəcək.

Şuranın tərkibinə respublikanın görkəmli iqtisadçı-alimləri daxil edilib ki, onların 9-u ADAU-nun iqtisadçı alimləridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG