Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:49

Barak Obama Britaniyanın Baş naziri ilə Liviyadakı böhranı müzakirə edib


ABŞ prezidenti Barak Obama ilə Böyük Britaniyanın baş naziri David Kameron Liviyada davam edən böhranı müzakirə ediblər.

Ağ Ev deyir ki, onlar Liviya üzərindən uçuşlara qadağayla bağlı da fikir mübadiləsi aparıblar.

Bir qədər öncə ABŞ dövlət katibi Hillary Clinton demişdi ki, bu haqda qərarı BMT verməlidir.
Bu arada Muammar Qaddafiyə sadiq qüvvələr raketlərdən, tanklardan və hərbi təyyarələrdən istifadə edirlər ki, qiyamçılar üzərində nəzarəti bərpa etsinlər.

Tripolinin yaxınlığındakı qiyamçı şəhər Zawiyahda intensiv döyüşlərin getdiyi haqda məlumatlar var.

Günün bütün mövzuları

XS
SM
MD
LG