Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:25
Tanınmış rus yazıçısı Viktor Pelevinin "P nəsli" romanı əsasında çəkilmiş film artıq tam hazırdır və aprelin 14-də onun premyerası olacaq.

Film 5 ilə çəkilib. Rejissoru Viktor Ginzburq olan filmdə baş rolu Vladimir Yepifantsev oynayır.

Filmdə müasir rus kinosunun Aleksandr Qordon, Renata Litvinova, Mixail Yefremov, Vladimir Menşov kimi ulduzları da çəkilib.

Hətta tanınmış jurnalist, NTV kanalının keçmiş jurnalisti Leonid Parfyonov da filmdə rol alıb.

“P nəsli” romanı 1999-cu ildə çap edilib və 90-cı illərdə - Yeltsin Rusiyasında xaos və korrupsiya mühitində Tatarski adlı bir tələbə və şairin başına gələnlərdən, onun düşdüyü mühiti anlamağa çalışmasından bəhs edir.

Həmçinin oxu
Tanınmış rus yazıçısının romanı ilk dəfə Azərbaycan dilində

Günün bütün mövzuları

XS
SM
MD
LG