Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:15

İslam dövlətləri BMT-ni Liviyaya müdaxiləyə çağırır


İslam Konfransı Təşkilatı ölkələri Liviya hava sahəsinin uçuşlara qapadılması istəyiylə BMT-yə müraciət ediblər. İKT_nın bu gün Sədudiyyə Ərəbistanı, Cİddədə keçirilən fövqəladə toplantısında təşkialtın baş katibi Ekmeleddin Ihsanoglu Təhlükəslizlik Şurasını qırğına son qoymaq üçün bu addımı atmağa çağırıb.

Təhlükəsizlik Şurasının 5 daimi üzvündən Fransa, Britaniya və ABŞ da bu addıma tərəfdardır, amma Rusiya Liviyaya xarici hərbi müdaxilənin əleyhinədir.

Qaddafi hökuməti ölkədə üsyançıların nəzarətində olan şəhərləri bombalamağa davam edir. BU gün Şimal sahilindəki əsas neft ixracı limanı olan Ras Lanuf da bombalanıb. Liviya hava sahəsi umuşlara qapadılsa, BMT mandatı altında xarici qüvvələr havaya qalxan istənilən təyyarəni vura biləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG