Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:08

Qaddafi hakimiyyətini pula satır?


Liviyada müxalifət fəalı hücuma keçən Qaddafi təyyarələrinə qışqıqır, Ras Lanuf, 7 mart 2011

Liviyada müxalifət fəalı hücuma keçən Qaddafi təyyarələrinə qışqıqır, Ras Lanuf, 7 mart 2011

Benghazi şəhərində müxalifətçilərin yaratdıqları Liviya Milli Şurasından “Reuters” agentliyinə bildiriblər ki, onlara Qaddafinin hakimiyyətdən getməsi ilə bağlı danışıqlar təklif olunub. Liviya liderinin idarəsindən müxalifətlə əlaqə saxlayıb Qaddafinin hakimiyyətdən getməsinin şərtlərini müzakirə etmək təklif edilsə də, müxalifətçilər belə danışıqlardan imtina etdiklərini deyirlər.

Liviyanın Xarici İşlər Nazirliyi bu xəbəri təkzib edərək, belə bir təklifi "ağlasığmaz" adlandırıb.

Amma ərəb mediası da Şuradakı mənbələrə istinadla xəbər verir ki, Qaddafinin ətrafı onun hakimiyyəti parlamentə verərək kənara çəkilməsini təklif ediblər və əvəzində müəyyən məbləğdə pul təminatı istəyiblər. Xəbərdə həmçinin bildirilir ki, Qaddafinin ətrafında pulla bağlı fikir ayrılıqlarını aradan qaldırmaq mümkün olmur.

Şuranın sədri Mustafa Abdel Jalil isə Al Arabiya televiziyasına müsahibəsində tələbləri haqqında bunları deyib: “İndi birinci tələbimiz Qaddafinin getməsidir. Yalnız bundan sonra, bəlkə Liviya xalqı onun cinayət təqibini dayandıra bilər.”
Müxalifətin silahlılarından biri Qaddafinin təyyarələrinə qarşı, Ras Lanuf, 7 mart 2011


Abdel Jalil detallara varmadan həmçinin bildirib ki, prezident səviyyəsində dolayı yollarla ABŞ-la da ünsiyyətləri var. O, Al Jazeera televiziyasına da bildirib ki, xarici ölkələrin vasitəçiliyi ilə Qaddafinin sağ-salamat Liviyanı tərk etməsinə dair müzakirələr olub.

İslam Konfransı Təşkilatı da Liviya üzərindən uçuşların qadağan edilməsinə dair beynəlxalq çağırışlara qoşulub. Təşkilatın Baş katibi Ekmeleddin Ihsanoglu bildirib ki, BMT Təhülkəsizlik Şurası bu istiqamətdə üzərinə düşən işi görməlidir.

Bu barədə Ihsanoglu martın 8-də İslam Konfransı Təşkilatının Səudiyyə Ərəbistanının Ciddə şəhərində başlayan konfransında çıxışında deyib.

Liviya üzərindən uçuşlara qadağa qoyulması təklifini Körfəz Əməkdaşlıq Şurası da dəstəkləyir. Fransa və Britaniya da BMT-dən belə bir qadağanın tətbiqini gözləyir.
Bu mövzuda həmçinin oxuyun:
NATO-nun Baş katibi Anders Fogh Rasmussen isə bildirib ki, uçuşlara qadağa sanskiyasının icra olunması ancaq BMT-nin müvafiq qərarından sonra mümkündür.

Liviyaya qarşı hərbi müdaxilənin əleyhinə Rusiya çıxış edir.

Liviya müxalifəti dəfərlərlə beynəlxalq ictimaiyyətə müraciət edərək Muammar Qaddafinin nəzarətində olan hərbi qüvvələrin hava zərbələr qarşısını almağı, bu ölkə
üzərində uçuşlara qadağa qoyulmasını xahiş edib.

Qaddafinin silahlı qüvvələri 2 gündür müxalifətin nəzarət etdiyi neft limanı, Ras Lanuf şəhərinə hava zərbələri endirir. Şəhərin ətrafında müxalifət qrupları ilə Qaddafi ordusu arasında mövqe döyüşləri səngimir.
.
Müxalifət qüvvələri Ras Lanuf şəhərinə yenidən nəzarəti ələ almalarının sevincini yaşayırlar, 5 mart 2011

Qaddafiyə sadiq ordu hissələri bazar ertəsi qonşu Bin Cavad şəhərini müxalifətin əlindən almağa müəssər olublar.

BMT bəyan edir ki, döyüşlərdən can qurtarmağa çalışan 1 milyona Liviyalı qaçqın əmələ gəlib, onlara təcili humanitar yardım lazımdır.

Muammar Qaddafinin 42 illik hakimiyyətinə son qoyulması tələbilə bir aya yaxındır ölkədə davam edən etiraz askiyalarına hökumət qüvvələrinin silahlı müdaxiləsi nəticəsində yüzlərlə adam həlak olub. Paytaxt Tripolidən başqa, ölkənin əsas şəhərləri müxalifətin nəzarətinə keçib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG