Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:06

Liviya hökuməti müxalifətlə danışıqlara cəhd etmədiyini deyir


İslam Konfransı Təşkilatı da Liviya üzərində azad uçuş zonası elan olunması çağırışlarına qoşulub. Bu, Liviya rəhbəri Muammar Qaddafinin üsyançıların nəzarət etdiyi şəhərlərə havadan zərbələr endirməsinə cavabdır.

Fransa və Britaniya azad uçuş zonası elan olunmasını istəyir. Bunu Körfəz Əməkdaşlığı Şurası da dəstəkləyir.

ABŞ bildirib ki, bütün seçimlər ortadadır. Bununla belə, Rusiya xarici hərbi müdaxilənin əleyhinə çıxış edir.

Bu arada Qaddafinin hökumət qüvvələrinin bu gün yenidən mühüm neft limanı olan Ras Lanufa havadan zərbə endirdiyi bildirilir.

Bu arada Liviya hökuməti hökumət əleyhinə qüvvələrlə danışıqlara cəhd göstərdiyi barədə məlumatları təkzib edib. Əl Ərəbiyə televiziyası bildirmişdi ki, üsnaynçıların rəhbərliyinə barışığıq şərtləri təklif etməyə cəhd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG