Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:35














ZAVALLI XALQ, BƏDBƏXT MƏMLƏKƏT


Qarabağdan əl çəkmişəm, bədbəxt Vətən, sən də çək.
Qarabağdan göz çəkmişəm, zavallı xalq, sən də çək.

Körpələr uyuyar, həzin laylaya, oyan artıq!
Cocuqlar aldanar şirin nağıla, böyü artıq!

Qarabağ itdi, getdi, bir də tapılmaz,
Şuşa talandı, bitdi, bir də qurulmaz.

Təbriz də belə getmişdi, unutmadınmı?
Dərbənd də belə itmişdi barışmadınmı?
Göyçə də belə talanmış, susmadınmı?
Borçalı da belə parçalanmış, boyun əymədinmi?

Bədbəxt Məmləkət, zavallı xalq!
Boyun əydin.
Qəbul etdin.
Susdun,
Barışdın.
Ayaq altda tapdalandın,
Yad əllərdə loxma-loxma, tikə-tikə parçalandın.

Bir ovuc qalan bədbəxt Məmləkət!
Məğlub Vətən,
Aciz xalq,
Məzlum kölə!

İndi öz ovcunda üz-üzə duran,
Bir-birini qıran,
çatan,
satan,
Qan qoxuyan,
İnqilab qoxuyan zavallı xalq,
Çarəsiz Vətən!
Bəbbəxt Məmləkət….

8 Mart 2011, Berlin

Şərhləri göstər

XS
SM
MD
LG